Bal yarmarkası bu gündən satışa başladı
2. 206 dəfə baxılıb
Arıçılıq məhsullarının sərgi-satış yarmarkası Bakı şəhəri, Nizami küçəsi 92 ünvanında fəaliyyət göstərəcək.
Respublikanın müxtəlif bölgələrindən olan 470-dən çox arıçı paytaxta toplaşıb.
“Sələf Xəbər” “A24.az”-a istinadən bildirir ki, bu gündən etibarən 1 ay ərzində arıçılar 250 tondan artıq balı satmaq üçün bir-biriləri ilə yarışacaqlar. Təbii ki, kimin balı daha keyfiyyətlidirsə və qiyməti münasibdirsə, həmin arıçıların da müştəriləri çox olacaq.
Satışa çıxarılacaq ballar artıq respublika baytarlıq laboratoriyasında yoxlanılıb. Astaradan gələn 5 arıçının balı saxta olduğu üçün satışına icazə verilməyib.
Arıçılıq məhsulları nömrələnərək anbarlara yığılıb. Kənardan əlavə məhsulların gətirilməsinə və satışına icazə verilməyəcək.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan arıçılıq məhsullarının sərgi-satış yarmarkası Bakı şəhəri, Nizami küçəsi 92 ünvanında fəaliyyət göstərəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 68,69-cu ayələr)
“Arılar – ən kiçik məxluqlardır ki, Allah onlara ən möcüzəli bir tərzdə doğru yol göstərir. O, onlara çiçək dolu çəmənliklərə uçub gəlməkdə və geriyə – Allahdan mənimsədikləri bilik və doğru təlim sayəsində abadlaşdırdıqları pətəklərinə yolu tapmaqda kömək edir. Arıların qarıncıqlarından müxtəlif rəngdə və çalarlarda, torpaq və çiçəklərdən asılı olan dadlı bal çıxır. Bu içki insanlara bir çox xəstəliklərdən şəfa verir. Bütün bunlar Uca Allahın Öz məxluqları barədə göstərdiyi qüsursuz qayğısının və Onun qullarına bəslədiyi kamil xeyirxahlığının dəlilləridir. Bu isə o deməkdir ki, qullar öz məhəbbətini tamamilə təkcə Ona həsr etməli və təkcə Ona kömək üçün dua etməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)