Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bir gündə baş verən yol qəzalarına 5 nəfər qurban gedib

Mart 26
16:50 2015

Azərbaycanda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir.

“Sələf Xəbər” “A24.az”-a istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, martın 25-də respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 5 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nəaliyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər