“Biz qarşımıza çıxan hər kəsə sən vəhhabisən deyirik. O vəhhabi olmasa da biz onu belə adlandırırıq.”
1. 533 dəfə baxılıb
ANS PRESS-in məlumatına görə, bunu QMİ-də keçirilən din xadimlərinin təkmilləşdirmə kurslarının növbəti buraxılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Qarayev deyib.
O, qeyd edib ki, vəhhabi olmayanlara vəhhabi demək lazım deyil:
“Həmin insan vəhhabi olmasa da bizim dediklərimiz ona pis təsir edəcək. Nəticədə o, daha da arqesivləşəcək. Vəhhabi olmasa da sonradan vəhhabi olacaq. Ona görə biz bu məsələlərdə diqqətli olmalıyıq. Bu problemlərin yaranması üçün din xadimləri üçün təşkil edilən təkmilləşdirmə kursları çox önəm kəsb edir. Din xadimləri həmin kursda maariflənirlər və bunu getdikləri yerlərdə də təbliğ edirlər”.
Mənbə: Qafqazinfo.az
Sələf Xəbər: Uca Allah buyurur: “Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü günahlandıranlar, sözsüz ki, öz üstünə böhtanla bərabər açıq-aydın ağır bir yük götürmüşlər.” (Müqəddəs Quran, “Əhzab” surəsi, 58-ci ayə)
“Müsəlmanların namusu toxunulmazdır və o kəs ki, səbəbsiz olaraq, onları təhqir etməyi özünə rəva bilir, Allahın hökmünə hörmətsizlik göstərmiş və öz çiyninə iftira və açıq-aşkar günah yükü götürmüş olur. Müsəlmanları təhqir edən fasiqlər qınanılmağa layiqdirlər və bu qınağın həddi incidilən müsəlmanın imanının dərəcəsindən və vicdanlılığından asılıdır. Buna görə mömin müsəlman alimlərinin incidilməsi, sadə müsəlmanların incidilməsindən daha ağır günahdır, Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun!) səhabələrinin təhqir edilməsi isə, onlardan sonra gələnlərin təhqir edilməsindən də ağır cinayətdir.” (Bax “Təfsir Əs-Saadi”).