Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Bizə necə dırnaqarası münasibət göstərsələr, artıqlaması ilə cavabını alacaqlar”

Noyabr 30
09:32 2014

“Avropada bir iki müsəlman ölkəsi var düşüblər onların üstünə” Milli Məclisin sədri Oqtay Əsədov Avropa parlamentinin sədrini sərt tənqid edib.

“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında çıxış edən O. Əsədov bildirib ki, Avropa parlamentinin sədri Martin Şults Azərbaycanla bağlı qeyri-etik və qeyri-obyektiv məlumat verib.

O. Əsədov qeyd edib ki, Avropa Parlamenti Azərbaycana qərəzli, qeyri obyektiv və ikili standartla yanaşıb: “Bizim deputatlar dəfələrlə fərdi şəkildə cəhd ediblər ki, müzakirələr aparıb həqiqətləri onlara çatdırsınlar və bu qərəzin səbəbini soruşsunlar. Amma təəssüf ki, nəticəsi olmadı. Nəhayət, mən özüm Şultsa məktub yazdım, amma o da mənim məktubuma cavab vermədi. İndi də Avropa Parlamentinin iclası başlayan kimi Azərbaycanla bağlı həqiqətə uyğun olmayan fikirlər və bəyanatlar səsləndirirlər. Şults yenə də qərəzli çıxış edib. Belə açıq yalan danışmaq heç bir siyasətçiyə hörmət gətirmir”.

Spiker Avropa Parlamenti rəhbərliyinə tövsiyə edib ki, birinci özlərinə baxsınlar və Avropada baş verən polis özbaşnalıqlarına, qanunsuzluqlara, antsemitizmə və diskriminasiyaya diqqət yetirsinlər: “Amma bunların hamısı qalıb bir kənarda Avropada bir iki müsəlman ölkəsi var düşüblər onların üstünə”.

O. Əsədov Avropa Parlamentinə sərt cavab da verib: “Bizə necə dırnaqarası münasibət göstərsələr, artıqlaması ilə cavabını alacaqlar”.

Digər xəbərlər