Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

BMT və ATƏT rəhbərləri Qarabağı müzakirə edib

Fevral 24
18:21 2015

BMT Baş katibi Pan Gi Mun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin birinci müavini, Xarici İşlər naziri İvitsa Daçiç ilə görüşüb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, görüş zamanı Pan Gi Mun ATƏT sədri ilə hər iki təşkilatın qarşılıqlı əlaqələri, eləcə də Ukrayna və Balkanlardakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə ediblər. P.G.Mun bildirib ki, Ukraynada ATƏT-in fəaliyyətini dəstəkləyir.

“BMT və ATƏT rəhbərləri iki təşkilat arasında əməkdaşlıq məsələlərini, eləcə də Ukraynada, Dağlıq Qarabağda və Balkanlardakı vəziyyəti müzakirə ediblər. BMT baş katibi ATƏT-in Ukraynadakı səylərini dəstəkləməyə və BMT və ATƏT arasında tərəfdaşlığı möhkəmləndirməyə hazır olduğunu bildirib”, – mətbuat katibliyindən görüşün yekunlarına görə verdiyi məlumatda deyilir.

Bu gün İvitsa Daçiç ATƏT-də sədrliyi dövründə Serbiyanın təşkilatdakı fəaliyyətinin prioritetləri haqqında BMT Təhlükəsizlik Şurasında çıxış edəcək.

 Sələf Xəbər: İkinci xəlifə Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir: “Biz elə bir ümmətik ki, Allah bizi İslam ilə izzətləndirib. Əgər biz İslamdan qeyrisində (qərbdə, avropada) izzət axtarsaq, Allah bizi zəlil edər”. (Müstədrək Hakim)

Digər xəbərlər