Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Britaniya erməni diasporunun Qarabağ münaqişəsinə təsirini etiraf edib

Dekabr 19
16:52 2014

Böyük Britaniyanın Xarici İşlər və Birlik İşləri üzrə Nazirliyinin yeni “Ermənistan diasporu-onun rolu və təsiri” adlı hesabatında erməni diasporunun davam etməkdə olan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin qızışdırılmasında oynadığı rolu etiraf edib.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, dekabrın 18-də dərc olunan hesabata görə, 20 ildən artıq müddətdə davam edən bu qızışdırma bu gün bütün Azərbaycan ərazisinə səpələnmiş düşərgələrdə yaşayan bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə gətirib çıxarıb. Hesabata görə, bu təsir, həmçinin, iki qonşusu – Azərbaycan və Türkiyə ilə sərhədlərinin 1993-cü ildən bağlı qaldığına görə Ermənistan iqtisadiyyatını çökdürüb ki, bu da ölkənin Rusiyadan asılılığını artırır:

“Buna görə də o, Azərbaycan neft və qazını Avropaya aparan mövcud və gələcək enerji boru kəmərlərinin heç birindən istifadə edə bilmir. Bunun əvəzində, ölkə yanvarın 1-dən Kremlin Gömrük İttifaqı layihəsinə qoşulub, baxmayaraq ki, Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar öz növbəsində Ermənistan iqtisadiyyatına da dolayısı ilə təsir edir”.

Ermənistan Cənubi Qafqazda daha zəif iqtisadiyyata və ən az əhaliyə malikdir. FCO hesabatına görə, ölkə əhalisi 2,9 milyon nəfərdir və 1992-ci ildən bəri təxminən bir milyon nəfər azalıb.

Həmçinin, qeyd olunur ki, diaspor Ermənistanın xəstə iqtisadiyyatını yedirtməkdə davam edir. 1991-ci ildən başlayaraq, ölkə ABŞ-dakı erməni diasporundan bir neçə milyard dollar vəsait əldə edib.

Diaspor Ermənistan iqtisadiyyatına, səhiyyəsinə və təhsilinə əhəmiyyətli təsir göstərir, eləcə də Azərbaycanın Ermənistanın işğalı altında qalan rayonlarında bu sahələri subsidiyalaşdırır. Məruzədə deyilir ki, həmin regionlar maliyyələşdirmə və texniki yardım nöqteyi-nəzərindən diaspordan yüksək səviyyədə dəstək alırlar: “Diaspor beynəlxalq hüquq əsasında münaqişənin diplomatik dinc yolla həllinə tərəf atılan istənilən addıma veto qoymaqla onun Rusiyadan tam asılılıqda qalmasına zəmanət verərək bu kiçik milləti daim təcrid edir”.

 Sələf Xəbər: Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.” (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)

Digər xəbərlər