Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bu gün səhərdən Nardaranda təhlükəsizlik tədbirləri gücləndirildi

Dekabr 01
16:45 2015

Bu gün səhər saat 5 radələrindən etibarən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb.

Nardaran ətrafına xüsusi texnika cəlb olunub.

Metronun “Koroğlu” stansiyasında da təhlükəsizlik tədbirləri gücləndirilib, vətəndaşlar polis tərəfindən ciddi şəkildə yoxlanılır.

Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı əlavə məlumat yayacağı gözlənilir.

Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)

Digər xəbərlər