Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bu gün yollar bağlanır – SİYAHI

İyun 10
15:54 2015

Bu gün Bakı 2015 İlk Avropa Oyunları ilə əlaqədar bəzi yollar bağlanacaq.

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

Şəmsi Bədəlbəyli küçəsi
Səməd Vurğun küçəsi
Bülbül prospekti
Rəşid Behbudov küçəsi
Azadlıq prospekti
İstiqlaliyyət küçəsi
Niyazi küçəsi
Şövkət Ələkbərova küçəsi

Bakı 2015 İlk Avropa Oyunları yarışları ilə əlaqədar, 10-14 iyun tarixlərində Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və Jumeirah Beach Hotel dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.

Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı vaxtlar:
10, 11 iyun: 05:00 – 14:00
13 iyun: 08:30 – 18:30
14 iyun: 08:30 – 19:00

Sələf Xəbər: Şeyx İbn Bəzin (Allah ona rəhmət etsin) başçılığı ilə Fətvalar üzrə daimi komitə fətva vermişdir: “Yol hərəkəti qaydalarını pozmaq qadağandır, çünki bu qaydalar müsəlmanların xeyrinə qoyulub. Bu qaydaları həmçinin ona görə pozmaq olmaz ki, bu əməldə rəhbərə asi olmaq vardır, halbuki, Allah bizə Özünün qadağan etmədiyi şeylərdə rəhbərə tabe olmağı əmr edib. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin)”. (Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə)

Digər xəbərlər