Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bu həftə 4 gün qeyri-iş günü olacaq

Sentyabr 21
15:06 2015

Azərbaycanın əmək müqaviləsi olan vətəndaşları 4 gün işə getməyəcək.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, Nazirləri Kabinetinin qərarına əsasən, bu il sentyabrın 24-25-də Qurban bayramı qeyd ediləcək. Növbəti iki gün – 26-27 sentyabr isə şənbə və bazara təsadüf edir. Beləliklə, sentyabrda 4 gün qeyri-iş günü olacaq.

Azərbaycan qanunvericiliyinə, xüsusən Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günü istirahət günlərinə təsadüf etdikdə, növbəti həftənin ilk iş günləri istirahət günü hesab olunur.

Sələf Xəbər: Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, Mədinə sakinlərinin oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq…” – dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun) buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud)

Digər xəbərlər