Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bu il Azərbaycanda 176 şagird məktəbi qızıl medalla bitirib

Avqust 13
15:34 2014

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, 2013-2014-cü dərs ilində Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.

Təhsil naziri Mikayıl Cabbarov “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın.” (Müqəddəs Quran, “Mucadilə” surəsi, 11-ci ayə)

“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir.” (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından: 77/12).

Digər xəbərlər