Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı artırıldı
Avqust 07
16:30
2017
887 dəfə baxılıb
Bu il Azərbaycandan Həcc ziyarətinə 600 deyil, 900 nəfər gedəcək.
Selefxeber.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən “Report”a verilən məlumata görə, 600 nəfərlik kvota müəyyənləşdirilsə də, sonradan siyahıya 300 nəfər əlavə olunub. Bu isə kvotanın 50 faiz artırılıması deməkdir.
Bu il Həcc ziyarəti üçün 3850 dollar məbləğ müəyyənləşdirilib.
Qeyd edək ki, bu il zəvvarların Həcc ziyarətinə ilk qafiləsi avqustun 24-də yola düşəcək.