Bu il ölkə ərazisində ən çox avtomobil qəzası baş verən magistral yolun adı açıqlanıb
774 dəfə baxılıb
“Sələf Xəbər” AzVision.az- a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, 2013-cü ildə ən çox yol qəzası Bakı-Ələt yolunda qeydə alınıb.
Şöbə rəisi, həmçinin, bu ilin ilk 10 ayında ən çox ölüm və hadisə sayının üstünlük təşkil etdiyi yol qəzalarının Bakı-Şamaxı və Bakı-Ələt avtomagistrallarında qeydə alındığını bildirib. Bakı-Şamaxı avtomagistralında bu il 31 yol qəzası baş verib.
Nəticədə 39 nəfər ölüb, 28 nəfər isə xəsarət alıb. Bakı-Ələt avtomagistralında isə 28 hadisə qeydə alınıb. Nəticədə 30 nəfər ölüb, 23 nəfər yaralanıb.
K.Əliyev Bakı-Şamaxı yolunda baş verən qəzaların çox olma səbəbini qarşılıqlı hərəkət zolağının olması ilə izah edib.