“Bu, İlham Əliyevin (Allah onu qüvvətləndirsin) Avropaya mesajıdır”
866 dəfə baxılıb
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin (Allah onu qüvvətləndirsin) Davosdakı çıxışı həm ağıllı, həm rasional, həm də ədalətlidir”.
“Sələf Xəbər”Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə politoloq Fərhad Mehdiyev çıxış edib.
Fərhad Mehdiyevin sözlərinə görə, ölkə başçısının “Biz Avropa Birliyinə onların bizi dəstəklədiyi qədər yaxın olmaq istəyirik” deməsi çox təqdirəlayiq bir cavabdır:
“Bunun açıqlaması belədir ki, özünüz bizə əl uzatmadan, bizi yaxınınıza buraxmaq istəmədən, niyə görə biz inteqrasiyaya cəhd etməliyik? Burada bir həqiqət var. Nəzərə alınmalıdır ki, biz Avropaya ancaq neft və qaz satırıq, digər mallar baxımından isə biz onlar üçün bazar sayılırıq. Bu səbəblə də iqtisadi inteqrasiyadan, əslində, Avropa bizdən daha çox udur və udacaq da. Çünki Avropa Birliyi (AB) Enerji Xartiyasına qoşulduqdan sonra neft-qaz satışından olan gəlirimiz də azalacaq. Məhz bu baxımdan bütün bu reallığı nəzərə alaraq Prezidentin Davosdakı çıxışı yüksək qiymətləndirilməlidir”.