“Bu, xahiş yox, tələbdir” – Məmmədyarov
Noyabr 20
18:13
2017
1. 171 dəfə baxılıb
BMT Təhlükəsizlik Şurasının qətnamələri heç vaxt köhnəlmir.
Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra brifinqdə deyib.
“Bütün bu qətnamələrin hüquqi qüvvəsi var. Qətnamələrdə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması xahiş yox, tələb edilir”, – E.Məmmədyarov bildirib.
Nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetiriləcəyindən şübhə etmədiyini vurğulayıb.
“Bu, sadəcə, zaman məsələsidir. Sadəcə, biz bu məsələdə müxtəlif istiqamətlərə doğru gedirik”, – o əlavə edib.