Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bundan sonra SIM-kartları buradan almalı olacaqsınız – FOTO

Fevral 10
16:45 2017

“Azərpoçt” MMC mobil rabitə operatorlarının SIM-kartlarının satışı ilə məşğul olacaq.

Selefxeber.azTrend”-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə “Şəbəkə” mərkəzinin əlaqələndiricisi Ceyhun Əliyev deyib.

Onun sözlərinə görə, mobil nömrələr “Şəbəkə” mərkəzlərində satılacaq və hazırda satışın təşkili məqsədilə mobil operatorlarla danışıqlar aparılır.

Qeyd edək ki, yeni “Şəbəkə” mərkəzi 1 saylı poçt filialının nəzdində yaradılıb və “bir pəncərə” sistemi ilə fəaliyyət göstərəcək.

Mərkəzdə vətəndaşlara poçt və maliyyə məsələləri, stasionar telefonun qoşulması, telefon nömrəsinin başqa ada keçirilməsi, aviabiletlərin alınması və digər məsələlərlə bağlı xidmətlər göstəriləcək.

📷

trend_shebeke_100217_01

trend_shebeke_100217_03

trend_shebeke_100217_05

trend_shebeke_100217_17

Digər xəbərlər