Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Çavuşoğlu bu gün Azərbaycana gələcək

Noyabr 26
14:38 2015

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlir.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər bu gün axşam başlayacaq və sabah davam edəcək.

Səfər zamanı nazir prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşəcək, əməkdaşlıq məsələləri müzakirə olunacaq.

O, həmçinin Fəxri xiyaban və Şəhidlər xiyabanını da ziyarət edəcək.

Xatırladaq ki, bu, Mövlüd Çavuşoğlunun yeni hökumət tərkibində ilk xarici səfəridir.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər