Çavuşoğlu: “Dağlıq Qarabağ problemi həll olunmayınca Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək”
617 dəfə baxılıb
“Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır”.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qaziantep Universitetində keçirilən “Səkkizinci beynəlxalq səfirlər” konfransında çıxışında deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan M.Çavuşoğlu Azərbaycan torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığını, Türkiyə hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində qardaş Azərbaycana bu münaqişənin ədalətli həlli üçün hər cür dəstək verdiyini bildirib.
Nazir vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır.
M.Çavuşoğlu Türkiyə-Ermənistan əlaqələrinin normallaşmadığını xatırladaraq, Dağlıq Qarabağ münaqişəsi davam etdikcə bu münasibətlərin düzəlməyəcəyini bildirib.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”. (Müslim, Buxari)