Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Cəbhə xəttində şiddətli atışma davam edir

Avqust 02
16:27 2014

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu gecə cəbhə xəttində bir neçə istiqamətdə şiddətli atışma davam edib.

Düşmən Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, həmçinin Ağdam rayonunun Ergi düzü adlanan ərazisi boyu – işğal altında olan Yusifcanlı, Mərzili və Novruzlu kəndləri istiqamətində yerləşən mövqelərindən iriçaplı silahlardan istifadə edərək Azərbaycan ordusunun mövqelərini şiddətli atəşə tutub. Məlumata görə, düşmənin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycanın 3 əsgəri yaralanıb. Yaralılar hərbi hospitala yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır.

Eyni vaxtda Ermənistan ordusu Ağdamın işğal altında olan Güllücə kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini şiddətli atəşə tutub.

Cəbhənin bu istiqamətində də yaralıların olduğu bildirilir. Qeyd edək ki, düşmən Azərbaycan ordusunun şiddətli cavab atəşindən təşvişə düşərək, təmas xəttinə nəzarət etmək məqsədilə cəbhə boyu tez-tez işıqlandırıcı vasitələrdən (fişənglərdən) istifadə edir.

Digər xəbərlər