Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Cəbhədə daha bir əsgər yaralanıb

Avqust 06
20:35 2014

“Sələf Xəbər” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, cəbhə bölgəsində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində daha bir əsgər yaralanıb.

Avqustun 5-i düşmənin atəşkəsi pozması nəticəsində 1985-ci il təvəllüdlü, Biləsuvar rayonundan hərbi xidmətə çağırılmış gizir Xosiyev Valeh Saleh oğlu yaralanıb.

Nazirlik hospitala yerləşdirilən əsgərin vəziyyətinin orta-ağır qiymətləndirildiyini bildirib. Müdafiə Nazirliyi avqustun 6-ə keçən gecə cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejiminin, ümumilikdə 99 dəfə pozulduğunu qeydedib.

Xatırladaq ki, ötən həftədən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi dəfələrlə pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 13 əsgəri həlak olub. Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi 5 may 1994-cü il tarixində imzalanıb.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 200-cü ayə).

“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur. Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər