Cəbhədə gərginlik: hərbçimiz yaralandı – FOTO
İyul 25
17:32
2017
1. 360 dəfə baxılıb
Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından (PUA) istifadə ediblər.
Selefxeber.az Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb. Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur. Təxribatın qarşısının alınması məqsədi ilə tədbirlər görülür”, – məlumatda bildirilib.