Çexiya Dağlıq Qarabağda fəaliyyət göstərən şirkəti cəzalandıracaq
849 dəfə baxılıb
“Sələf Xəbər”-in MediaForum-a istinadla məlumatına görə, Çexiya Xarici İşlər Nazirliyi Azərbaycan səfirliyinin notasına cavab verib.
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin yaydığı açıqlamada deyilir ki, Dağlıq Qarabağa qeyri-qanuni səfər mövzulu notaya cavabında Çexiya Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyü prinsipini tam dəstəklədiyini təsdiq edib və işğal zonasında xarici qurumların biznes fəaliyyətinə qadağa qoyulmasına dair mövqeyi bölüşdüyünü bildirib.
Çexiyanın Xarici İşlər Nazirliyi “GENOSERVİCE Corp., Ltd.” şirkətinin Dağlıq Qarabağdakı fəaliyyəti ilə əlaqəli olmadığını bəyan edib və bildirib ki, şirkətin layihələrinin Çexiyanın dövlət təsisatları olan İxrac Bankı, İxrac Zəmanəti və Sığorta Korporasiyası vasitəsilə maliyyələşdirilməsinin və sığortalanmasının qarşısı alınacaq.