Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək

Fevral 21
16:42 2017

Cocuq Mərcanlı kəndində Şuşa məscidinə oxşar məscid tikiləcək.

Selefxeber.az xəbər verir ki, “APA”nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

A. Paşazadə bildirib ki, bununla bağlı prezident İlham Əliyev ona öz tövsiyələrini verib: “Məhz cənab prezidentin ideyası ilə Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək”.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).

Digər xəbərlər