Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Cümə günləri 150 min insan məscidə gedir”

Dekabr 31
16:00 2014

“Azərbaycan müstəqilliyini qazananda respublikada cəmi 17 məscid var idi, indi 2050 məscid var. 1600 məscid daimi fəaliyyət göstərir”.

“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində deyib. Komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda bayram və cümə namazlarında 150 min vətəndaş məscidlərə gedərək dini ayinləri icra edirlər.

Bütövlükdə isə məscidlər gün ərzində 300 min insanı dini ayinləri icra etmək üçün qəbul etmək imkanındadır.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.” (Qurani-Kərim, “Cumuə” surəsi, 9,10-cu ayələr)

Digər xəbərlər