Dağıstanda törədilən terrorla əlaqədar Rusiya-Azərbaycan avtomobil yolu bağlanıb
Fevral 16
17:28
2016
726 dəfə baxılıb
Dağıstanın Dərbənd rayonunda baş verən terror aktı ilə əlaqədar Rusiya-Azərbaycan avtomobil yolu bağlanıb.
“Sələf Xəbər” Lent.az-a istinadən bildirir ki, Rusiya bürosunun xəbərinə görə, bu barədə “Rossiya 24” telekanalı məlumat yayıb. Hadisənin baş verdiyi Dövlət Yol Polisi İdarəsinin ətrafı mühasirəyə alınıb. Həmin yolda avtomobillərin hərəkətinə hələlik icazə verilmir.
Qeyd edək ki, ötən gün səhər saatlarında Dərbənddəki Dövlət Yol Polisi postu yaxınlığında terror aktı törədilib. İlkin məlumatlara görə, hadisə YPX əməkdaşı şübhəli avtomobili yoxlayarkən baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)