Dağlıq Qarabağ münaqişəsi Londonda müzakirə ediləcək
Yanvar 12
17:38
2016
596 dəfə baxılıb
ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində məsləhətləşmələr aparacaqlar.
Bu səbəblə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Londona yollanıb.
“Sələf Xəbər” AzNews.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı həmsədr özünün “Tviter” səhifəsində yazıb.
“Britaniya Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparmaq üçün Londona yollandım”, -deyə həmsədr bildirib.
Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın tezliklə geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!