Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Daha 100 əlilə avtomobil verildi – FOTO

Avqust 09
14:23 2014

Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, nazirlik tərəfindən 100 nəfər əlilliyi olan şəxs “Naz-Lifan” markalı minik avtomobili ilə təmin olunub.

Onlardan 32 nəfər – Böyük Vətən müharibəsi, 23 nəfər – Çernobıl AES, 45 nəfər – hərbi xidmət əlilidir.

Qeyd edək ki, bu ilin aprelindən indiyədək 1300 nəfərə minik avtomobilləri verilib. Bunlardan 677 nəfəri Qarabağ müharibəsi və 20 Yanvar əlili, 623 nəfəri Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdir.

Məlumata görə, 2014-cü ilin əvvəlinədək növbədə olan digər şəxslərə də bu ayın sonunadək avtomobil verilməsi nəzərdə tutulur. İndiyədək ümumilikdə 5106 nəfər əlilliyi olan şəxs dövlət hesabına xüsusi nəqliyyat vasitəsi ilə təmin edilib.

📷

al-1

📷

al-2

“Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər