Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Daha üç nəfər xilas edildi

İyun 27
10:28 2014

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, onlardan ikisi FHN “Bilgəh” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin “Bilgəh” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 17:50-də başa çatıb.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Astara rayonu ərazisində dənizdə (“Astara” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Astara” sularda xilasetmə postunun xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 18:28-də başa çatıb.

 Sələf Xəbər: Həqiqətdə, dünya həyatı təsadüflərdən ibarət deyil, və onda baş verən hadisələr dərin məna kəsb edir. Allah öz qullarının həyatını qabaqcadan elə yönəldir ki, onlardan hər bir öz həyatı barəsindən düşünə bilsin. Axı biz öz mövcudluğumuzun mahiyyəti haqqında düşünməyi unudaraq çox vaxt dünya təlaşında yaşayırıq və həyat su barmaqlarımızın arasından axdığı kimi keçib gedir. Əgər insan öz varlığının mahiyyəti haqqında düşünmürsə, Allah öz Mərhəməti ilə Özü sınaqlar vasitəsilə onu öz mövcudluğu və ölümü barəsində düşünməyə vadar edir.

Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.” (Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə).

Yəni müsibət və sınaqlar insanların üzərinə ağır yük kimi çökür ki, onlar öz hərəkətləri, öz həyatları haqqında fikirləşsinlər, tövbə edib Tövhid (TəkAllahlıq) yoluna yönəlsinlər.
Belə vəziyyətdə sağ qalmaq, o xilas olunan insanın özünə ibrət olduğu kimi, digər insanlara da bu bir dərsdir.
Amma, təəssüf ki, insanların əksəriyyəti öz Rəbbinin Mərhəmətinə inamsızlıq göstərir və Allahdan başqa digər ilahlara ibadət etməyə davam edirlər.

Uca Allah buyurur: “Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. (Allah) onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar.” (Müqəddəs Quran, “Ənkəbut” surəsi, 65-ci ayə).

Digər xəbərlər