Davudoğlu: “İşğal altındakı ərazilərin tezliklə azad olunması üçün Azərbaycana dəstəyimiz davam edəcək”
701 dəfə baxılıb
Baş nazir AŞPA-dakı çıxışında beynəlxalq ictimaiyyəti Ermənistana xəbərdarlıq etməyə çağırıb.
“Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son gərginlikdə çoxlu sayda itkinin olması artıq status-kvonun davam edə bilməyəcəyini göstərir”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu AŞPA-nın plenar sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanın atəşkəsi pozmasının təsirlərinin Naxçıvan Muxtar Respublikasına da yayılması narahatlıq üçün səbəbdir: “Beynəlxalq ictimaiyyət və xüsusilə Minsk Qrupunun həmsədrləri silahlı təxribatları və atəşkəs pozuntularını dayandırması üçün Ermənistana xəbərdarlıq etməlidir. ATƏT-in Minsk Qrupunun üzvü olaraq Türkiyə münaqişənin sülh yolu ilə həlli səylərinə dəstək verir. Azərbaycanın işğal altındakı ərazilərinin tez bir zamanda azad olunması ilə bağlı Azərbaycana dəstəyimiz də davam edəcək”.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim, 4/ 2074/ № 2699)