Davudoğlu: “Prezident İlham Əliyevlə çox isti görüşümüz oldu”
714 dəfə baxılıb
“Kiçik vətən Kıbrısdan və can Azərbaycandan sizə qucaq dolusu salam və məhəbbət gətirmişəm”.
“Sələf Xəbər”APA-ya istinadən bildirir ki, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında çıxış edərkən deyib. Seçkilərdən və parlamentdə etimad səsi aldıqdan sonra dekabrın 1-də Kıbrısa, dekabrın 3-də isə Azərbaycana səfər etdiyini xatırladan Ə. Davudoğlu bunun Türkiyə dövlətinin çox gözəl bir ənənəsi olduğunu söyləyib. O bildirib ki, Bakı küçələrində qarşılaşdığı insanlar 1 noyabrda Türkiyə üçün dua etdiklərini qeyd ediblər: “Bir daha hiss etdim ki, 1 noyabr zəfəri təkcə 78 milyonun deyil, bütün könül coğrafiyasının zəfəridir. Buradan Kıbrıs və Azərbaycan başda olmaqla, həmin coğrafiyaya səslənərək deyirəm ki, necə ki, sizlər o gecə bizim üçün dua etdiniz, bizlər də gecəmizi gündüzümüzə qataraq hər cür problemdə sizin yanınızda olacağıq və ürəyimizdəki yerinizi heç vaxt itirməyəcəksiniz. Al bayrağın könüllərdə yaşadığı hər yerdə Türkiyə Cümhuriyyəti dövlətinin qüdrəti və şəfqəti hegemon olacaq”.
Ə. Davudoğlu Azərbaycana səfəri zamanı prezident İlham Əliyev və Baş nazir Artur Rəsizadə ilə apardığı danışıqların çox isti, çox faydalı və üfüq açıcı olduğunu vurğulayıb. O, ikitərəfli əlaqələrin bütün tərəflərini, eləcə də bölgədə baş verənləri müzakirə etdiklərini deyib və Azərbaycan prezidentinə təşəkkür edib: “İstər təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə, istərsə də mətbuat konfransında “hər nə olursa olsun, nə baş verirsə versin, qardaş Türkiyənin yanındayıq” deyərək hamıya dostumuzun kim olduğunu göstərdi. Bir daha ona təşəkkür edirəm”.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”. (Müslim, Buxari)