Davudoğlu: “Qafqazda sülhün bərqərar olması Azərbaycan-Türkiyə əməkdaşlığından asılıdır”
583 dəfə baxılıb
“Hərbi müdafiə sənayesi sahəsində Türkiyənin Azərbaycanla ortaq fəaliyyəti davam edəcək”.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Baş naziri Əhməd Davudoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra təşkil edilən mətbuat konfransında söyləyib.
Türkiyə Baş naziri deyib ki, ölkəsi Azərbaycanın müdafiə sənayesi qurmasına xüsusi önəm verir: “Qafqazda sülhün bərqərar olması Azərbaycan-Türkiyə əməkdaşlığından asılıdır. Görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinə də toxunduq. Türkiyə Azərbaycana torpaqları tam azad edilənədək dəstəyini davam etdirəcək. Problemlər sərhədlərə qarşılıqlı hörmətlə həllini tapır. Azərbaycan torpaqlarının 20 faizi işğal altında olmasından doğan çətinlikləri görürük”.
Sələf Xəbər: “Möminlər, həqiqətən də qardaşdırlar”. (Qurani-Kərim, “Hucurat” surəsi, 10-cu ayə)