Davudoğlu Xocalı soyqırımı ilə bağlı mesaj paylaşıb
Fevral 27
18:05
2016
641 dəfə baxılıb
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Xocalı soyqırımının 24-cü ili ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
“Sələf Xəbər” Aznews.az-a istinadən məlumat verir ki, Ə.Davudoğlu “Tvitter” sosial şəbəkəsindən paylaşdığı mesajda Xocalı qətliamını tarixdə qara bir ləkə kimi qiymətləndirib.
Baş nazir yazıb: “Azəri qardaşlarımızla bərabər, bütün Türk xalqının və insanlığın ürəyini yandıran Xocalı qətliamının üzərindən 24 il ötür. Tarixə qara ləkə olaraq keçən Xocalı soyqırımında həyatını itirən qardaşlarımıza rəhmət diləyirəm”.
Azərbaycanın kədərini paylaşdıqlarını vurğulayan Ə.Davudoğlu “Bir millət iki dövlət can Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”, – deyə qeyd edib.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))