Dəfn mərasimi üçün pul yardımı ediləcək
736 dəfə baxılıb
Bəzi ailələrə qəbirstanlıqlarda pulsuz yer də veriləcək.
Dəfn mərasimləri üçün vətəndaşlara maliyyə yardımı ediləcək.
“Sələf Xəbər” A24.az-a istinadən məlumat verir ki, yenilik Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırladığı “Məzar yerləri və məzarlıq” haqqında qərar layihəsində nəzərdə tutulub.
Vətəndaşlara maliyyə vəsaiti ehsan xərcləri üçün yox, yalnız dəfnin icrasına sərf edilməsi üçün veriləcək.
Maliyyə yardımı almaq üçün vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli olacaq.
Gələcəkdə salınacaq qəbirstanlıqlarda isə bəzi kateqoriyalara daxil olan ailələrə pulsuz qəbir yerləri də veriləcək.
Hazırda layihəyə Nazirlər Kabineti tərəfindən baxılır.
Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)
Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Uca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Uca Allah buyurur:
“Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1,2-ci ayələr)