Dəhşətli statistika: 9 ayda 171 nəfər ölüb, 672 yaralanıb
Oktyabr 12
19:46
2015
659 dəfə baxılıb
Bakı şəhərində bu il yanvarın 1-dən oktyabrın 3-nə kimi 610 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Sələf Xəbər”in Virtualaz-a istinadən məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, nəticədə 171 nəfər ölüb, 672 nəfər xəsarət alıb.
Məlumata görə, göstərilən dövr ərzində 13698 sürücü avtomobili sərxoş idarə etdiyi üçün məsuliyyətə cəlb olunub. Bundan əlavə, qəza şəraiti yaradan 3467, polisin qanuni tələbinə tabe olmayan 2953, ötmə manevr qaydalarını pozan 7033, yol ayrıcı qaydalarını pozan 143993, avtoxuliqanlıqla məşğul olan 588 şəxs məsuliyyətə cəlb olunub. 9 ay ərzində 234175 yol hərəkəti qaydalarının pozuntusu aşkar olunub, 86171 piyada yol hərəkəti qaydalarına əməl etmədiyi üçün cərimələnib.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ləzzətləri sona çatdıran ölümü tez-tez xatırlayın!” ( Tirmizi)