Dəmir sədlər sürücülər üçün təhlükədir
654 dəfə baxılıb
Bu gun Bakı Sumqayıt avtomobil yolunda baş verən qəzadan sonra belə bir sual yarandı? Əgər o yolda dəmir maneələr olmasaydı nəticə bu qədər ağır olardımı? Və bu məsələdə görəsən xarici təcrübə necədir?
Həm yol ayrıcına, həm də yol kənarına təhlükəsizlik məqsədilə quraşdırılan dəmir manelər sürücülər üçün təhlükə saçır. Bunu elə bu gün baş verən növbəti qəzanın nəticəsindən də aydın görmək olar.
Ekspertlərin sözlərinə görə,yollardakı qoruyucu sədlər düzgün quraşdırılmır.
Eskpert Ərşad Hüseyinov hesab edir ki, bu cür məsələlərdə beynəlxalq təcrübədən istifadə edilməsi daha məqsədə uyğundur.
“Sələf Xəbər” “Xəzər Xəbər”ə istinadən bildirir ki, “Azəryolservis” Açıq Səhimdar Cəmiyyətindən verilən məlumata görə, Bakı-Quba yolunda aparılan təmir işləri ilə əlaqədar qoruyucu dəmir sədlər beton arakəsmələrlə əvəz olunur. Dəmir maneələrin umumiyyətlə yığışdırılması məsələsi isə hələlik gündəmdə deyil.
Sələf Xəbər: Uca Allah buyurur: “Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, (Onu) görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir”. (Qurani-Kərim, “Hədid” surəsi, 25-ci ayə)
“Allah, həmçinin dəmiri nazil etmişdir. Bu metal şər törədəndir, çünki ondan silah, zirehli geyim, sipər və sair şeylər hazırlanırdı. Lakin eyni zamanda dəmir insanlara böyük fayda verir. O, bir çox istehsal sahələrində və peşələrdə istifadə olunur, ondan əkinçilik alətləri və qab-qacaq düzəldilir. Dəmir o qədər geniş tətbiq edilir ki, onunla bu və ya digər tərzdə bağlı olmayan bir şey tapmaq çətindir.
Rəbb Kitab və dəmir nazil etmişdir ki, insanlardan kimin Onun dininə və Onun elçilərinə kömək edəcəyini və qeybə iman gətirəcəyini müşahidə etsin. Həqiqətən də, insan qeybə inandıqda, imanı fayda verər. O, Rəbbin vədinə öz gözləri ilə görüb əmin olduqda isə, iman fayda verməz, çünki o, bu halda, sadəcə, gördüyünü etiraf edir”. (Bax: “Təfsir Əs-Saadi”)