Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dənizdə 2 nəfər köməksiz qalmış şəxs xilas edilib

Avqust 28
19:28 2014

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, bu gün dənizdə 2 nəfər köməksiz qalmış şəxs xilas edilib.

Abşeron rayonunda, dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsindən təxminən, 1000 m məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər skuterin yanacağının qurtarması səbəbindən köməksiz vəziyyətdə qalıb.

Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunublar. Əməliyyat saat 18:50-də başa çatıb.

Digər xəbərlər