Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dərmanlar bütün apteklərdə eyni qiymətlə satışda olacaq

May 02
17:18 2016

İyunun sonunadək Azərbaycanda qeydiyyatda olan bütün dərmanlara vahid qiymət tətbiq ediləcək.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev APA-ya deyib ki, indiyədək çeşidindən, formasından, dozasından asılı olaraq, 7700 adda dərman preparatı Tarif Şurasında qiymətləndirilib. Onun sözlərinə görə, gələn ay Tarif Şurasının iki 2 iclasında qeydiyyatda olan eyni dərmanların bütün apteklərdə vahid qiymətə satılmasına qərar veriləcək: “Hazırda ölkədə 11 minə yaxın dərman preparatı rəsmi qeydiyyatdan keçib”.

E. Ağayev vurğulayıb ki, dərmanlara vahid qiymət tətbiq edildikdən sonra vəziyyətə nəzarət etmək üçün İqtisadiyyat Nazirliyinin müvafiq qurumları apteklərdə yoxlamalar aparır. Lazım olduqda bu məsələyə Səhiyyə Nazirliyi də qoşulur.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun. Çünki Uca Allah qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib”. (İbn Macə)

Digər xəbərlər