Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

DİN Zaqatalada baş verən partlayışla əlaqədar məlumat yayıb

May 02
17:31 2016

Zaqataladakı hadisənin qumbara partlamasından baş verməsi ehtimal olunur.

Daxili İşlər Nazirliyi (DİN) Zaqatala rayonunda baş verən partlayışla əlaqədar məlumat yayıb.

“Sələf Xəbər”in “Report”a istinadən xəbərinə görə, məlumatda bildirilib ki, mayın 1-də saat 07.30 radələrində Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib. Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər