Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dini ədəbiyyatın satış məntəqələrinin yaradılmasına razılıq verilməsinə dair elektron xidmət yaradılıb

Sentyabr 28
16:46 2016

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılığın verilməsinə dair inzibati reqlament”i təsdiq edib.

Selefxeber.az-ın APA-ya istinadən məlumatına görə, bu elektron xidmət 10 iş günü ərzində dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsini əhatə edir.

Elektron xidmət www.e-gov.azhttp://scwra.gov.az/pages/35/? Elektron ünvanlarında təqdim olunur.

Müvafiq yerli icra hakimiyyəti orqanının rəyi alındıqdan sonra 5 iş günündən gec olmayaraq razılığın verilməsi və ya razılıq verilməsindən imtina haqqında müvafiq qərar qəbul edilir və istifadəçinin elektron ünvanına bu barədə dərhal “Bildiriş” göndərilir və qərar istifadəçiyə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilir.

Digər xəbərlər