Dini ekstremizmə qarşı tədbirlərdə hüquqi rejimin pozulmasına görə yeni cəzalar qüvvəyə minib
1. 487 dəfə baxılıb
Azərbaycanda dini ekstremizm əleyhinə əməliyyatlar zamanı hüquqi rejimin pozulması ilə bağlı qəbul edilmiş yeni cəzalar qüvvəyə minib.
Selefxeber.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, prezident İlham Əliyev (Allah onu qorusun) bununla bağlı Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib.
Qanunla İnzibati Xətalar Məcəlləsinə 88.1-5, 89.3-1, 517-1 və 592-1 maddələri əlavə edilib. Əlavələrə görə, müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələbləri pozulduqda, o cümlədən dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, onların şəxsiyyətinin müəyyən edilməsi məqsədilə və ya dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədildikdə, bu hal inzibati qaydada tutulma ilə nəticələnəcək.
Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda – tutulanın şəxsiyyəti müəyyən edilənədək, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxslər isə 48 saatadək inzibati qaydada tutula biləcək.
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin, piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirlərin tətbiqinə, ərazinin müəyyən sahələrinə, obyektlərə nəqliyyat vasitələrini, piyadaları buraxmamağa maneçilik törətməyə görə, fiziki şəxslər 50 manatdan 80 manata qədər cərimə olunacaq, işin halları və pozuntu törədəninin şəxsiyyəti nəzərə alınmaqla bu cəzanın tətbiqi kifayət etmədikdə 15 günədək inzibati həbs ediləcəklər. Vəzifəli şəxslər 450 manatdan 600 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 3000 manata qədər cərimələnəcəklər. Eyni cəzalar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmasına görə də tətbiq ediləcək.
Maddəyə əsasən, eyni cəzalar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və ya nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirməyə maneçilik törətməyə görə də tətbiq edilməlidir. Qeyd olunan cəzalar, eyni zamanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədi ilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə daxil olmağa maneçilik törədilməsinə görə tətbiq olunacaq. Maddədə buna bənzər digər hallara görə də eyni cəzaların tətbiqi nəzərdə tutulub.
Sələf Xəbər: İslam vahid dindir, “mülayim”, “radikal”, “solçu” və ya “sağçı” İslam mövcud deyil, həqiqi İslam vardır. İnsanların ekstremizmə və ya dində qayğısızlığa çağıraraq İslam adından ixtira etdikləri fikir və davranışlar İslama əlavə edilmiş yeniliklərdir. Uca Allah buyurur: “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar…” (Müqəddəs Quran, “Ənam” surəsi, 153-cü ayə). Yəni bütün başqa yollar – həqiqi İslam deyildir.
Uca Allah həmçinin buyurur: “Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar…” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 257-ci ayə).
Diqqət edin ki, bu ayədə “nur” sözü tək, “zülmətlər” sözü isə cəm halında istifadə edilmişdir. Bu ona işarədir ki, həqiqət həmişə birdir, bundan başqa hər şey isə – insanların uydurduğu zəlalətdir. Uca Allahın buyurduğu kimi: “Haqdan sonra zəlalətdən başqa nə ola bilər?..” Müqəddəs Quran, “Yunus” surəsi, 32-ci ayə).
Həqiqi İslam nöqsanlardan, qayğısızlıqdan, laqeydliklər və s. uzaq olduğu kimi, ekstremizm, fanatizm və ifratçılıqdan da uzaqdır. İslam başqa dinlərdən (yəhudi, xaçpərəst, ateistləri və s.) olan insanları onu qəbul etməyə məcbur etmir. Allah Quranda aydın şəkildə bəyan edir: “Dində məcburiyyət yoxdur…” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 256-cı ayə).
Lakin, digər tərəfdən, İslam həmçinin müsəlmanların özlərinə İslam dinindən dönməyi qadağan edir. Müasir dünyada dövlətə xəyanət “xalqa və vətənə qarşı” böyük cinayət kimi qiymətləndirilirsə, bəzən hətta sözdə “inkişaf etmiş ölkələrin” bir çoxunda ən ağır qətimkan tədbiri ilə cəzalandırılırsa, onda Uca Allaha qarşı cinayət olan İslam dininə xəyanət haqqında nə deyəsən?! Beləliklə, bir balans yaranır: bir tərəfdən İslam başqa ideologiyaların və dinlərin ardıcıllarını zorla İslamı qəbul etməyə məcbur etmir (İslamın qəbul edilməsi yalnız arqumentativ dialoq, ən yüksək islam mədəniyyətinin və elmi-əsaslandırılmış müzakirənin nümayişi yolu ilə əldə edilir), digər tərəfdən İslam müsəlmanların özlərinə dində xəyanəti qadağan edir. Bu, İslamda “ifratçılıq” və “səhlənkarlıq” anlayışları arasında balansın qorunub saxlanılmasının parlaq və çox gözəl nümunələrindən biridir və belə nümunələr çoxdur.
Hətta İslamın və müsəlmanların tarixində hər hansı müsəlman xəlifəsi və ya padşahının yəhudiləri, xaçpərəstləri və başqalarını İslamı qəbul etməyə məcbur etməsini görmək, praktik olaraq mümkün deyil. Misirin ərazisində yaşayan və qədimdən bəri öz dininə etiqad edən xaçpərəst-ərəblər (koptlar) bunun xeyrinə arqument ola bilər (bu gün Misirdə təxminən 5 milyon kopt-xaçpərəst yaşayır), halbuki Misir uzun müddət islam sivilizasiyasının mərkəzlərindən biri olub. Fərz etsək ki, Bağdad xəlifəsi və ya Misir padşahları zorla yəhudiləri və xaçpərəstləri İslamı qəbul etməyə məcbur edirdilər, onda Misir kopt-xaçpərəstləri çoxdan müsəlman olardı, əks halda onları öldürərdilər, onlardan sağ qalanlar isə Misirdən qaçmalı olardı, belə deyilmi? Lakin bir şey fakt olaraq qalır ki, heç kim onları islam dinini qəbul etməyə məcbur etmirdi və onlar 1400 il boyunca və bu günə kimi (bütün xəlifələrin və padşahların vaxtında) arxayınca öz dinlərində qalmağa davam edirdilər. Daha sonra, Kordoba Xəlifəsinin (məşhur Andalusiya, müasir İspaniyanın ərazisi) hökmranlığı dövründə yəhudiləri və xaçpərəstləri yada salmaq olar. Bu fenomenal-təəccübləndirici ölkədə – müsəlman İspaniyasında (Andalusiya) yaşamış yəhudilər və xaçpərəstlər ədalətli islam qanunvericiliyi çərçivəsində özlərini tamamilə müdafiə olunmuş hiss edirdilər. Onların vəziyyəti o qədər yaxşı idi ki, hətta həmin vaxt Avropada öz vətənlərində yaşayan başqa xaçpərəstlər bunu xəyal belə edə bilməzdilər. Bununla belə Kordoba Xəlifəliyində heç kəs onları öz dinini dəyişdirməyə məcbur etmirdi, və onlardan İslamı qəbul etməyi arzulayanlar, bunu öz seçimi ilə (qənaətinə görə) edirdilər.Lakin ədalət naminə qeyd etmək lazımdır ki, 18-ci əsr (islam sivilizasiyasının ümumi tənəzzülü və o dövrdəki dünya geosiyasi arenasında müsəlman dominantlığının başa çatması dövrü) üçün həqiqi islami biliklərinin və dəyərlərin ümumi və çox sürətli tənəzzülü fonunda, müvafiq olaraq fanatizmin daha əvvəl görülməmiş vaxtaşırı partlayışları artmağa başladı. Fanatizmin bu vaxtaşırı partlayışları, təməli İslamın təmiz başlanğıcı (Müqəddəs Quran və səhih Sünnə) üzərində qoyulmuş həqiqi islam konstitusiyasına zidd idi.
Bu isə islam tarixinin tamamilə başqa və son dərəcə kədərli səhifəsidir. Hansı ki, ilk səbəbin, yəni: 18-ci əsrin sonuna müsəlman əhalisinin (demək olar hamısının) həqiqi (ilkin) dindarlığının ümumi tənəzzülünün baş verməsi və bundan sonra zəncirvarı şəkildə geniş islam biliklərinin və onun dərin dəyərlərinin tənəzzülü, bunun nəticəsi kimi, əksər islam ölkələrində zülmətin və cahilliyin yayılmağa başlaması probleminin ətraflı analizinə ehtiyac duyulur. Məhz bu “ilk səbəbin” gəlişi (demək olar bütün müsəlman əhalisi arasında həqiqi dindarlığının tənəzzülü) ilə, böyük fəlakət və cəza kimi, müsəlmanların bütün dünyada ümumi zəlilliyi başlatdı. Müsəlman xalqı özü bu problemləri dərk etməyənə və Allahın Öz peyğəmbəri Məhəmmədin (Allahın ona salavat və salamı olsun) sözü ilə, həmçinin onun Əbu Bəkr, Ömər, Osman, Əli və başqaları kimi ən böyük səhabələrinin (Uca Allah onlardan razı olsun) parlaq nümunəsində bizim üçün müəyyən etdiyi həmin o yola geri qayıtmayana qədər bu belə olacaqdır.
Sonra siyahı üzrə, hərçənd (islam İspaniyasının (Andalusiyanın) əvvəlki sakinləri ilə müqayisədə) qibtə oyadan vəziyyətdə olmayan, Buxara Əmirliyi (müasir Özbəkistanın ərazisi) dövründə yaşayan farsdilli Buxara yəhudilərini xatırlamaq olar. Onlar orada qədimdən yaşamış və bu gün də yaşayırlar (hərçənd onların əsas hissəsi çoxdan ABŞ və İsrailə daimi yaşamaq üçün köçüb). Əlbəttə ki, hakim çingizilərin (heçdə həmişə İslamla bağlı olmayan) mübariz ruhu səbəbi ilə Buxara yəhudiləri, ola bilsin, daim dinclik görməyiblər. Lakin, hər necə olsa da, Buxara əmiri onun hakimliyi altında yaşamış yəhudilərə öz dini mənsubiyyətini qoruyub saxlamağa imkan vermiş və onlar İslamı qəbul etmədiklərinə görə məhv edilməmişdilər. Buna sübut onların bu günə kimi yəhudi olaraq qalmaları faktıdır. Belə misallar tarixdə çoxdur.Amma “Səlib yürüşlərini” və “Rekonkistanı” xatırlasaq, cəsarətlə əksini demək olar, yəni: dinc yəhudiləri və müsəlmanları məhv edir və ya xaçpərəstliyi zorla qəbul etməyə məcbur edirdilər (belə ki, məsələn, müsəlman Andalusiyasında zorla “xaç suyuna salınmış” müsəlmanları “morisklər”, zorla “xaç suyuna salınmış” yəhudiləri isə “maranlar” adlandırırdılar). 15-ci əsrin sonunda Rekonkistanın (xaçpərəst-katoliklərin) Kordoba Xəlifəliyinin (Andalusiya, İspaniya) ərazisinə zorla soxulması və işğaldan sonra burada yaşayan yəhudiləri və müsəlmanları zorla dinlərindən döndərilib xaçpərəstliyin qəbul etdirilməsi buna aydın dəlildir. Müsəlman Andalusiyasının xaçpərəstliyi qəbul etməkdən imtina etmiş və keçmiş islam xəlifəliyinin ərazisindən gedə bilməmiş dinc sakinlərinə (kişilər, qadınlar, uşaqlar və qocalar) gəlincə, onlar “müqəddəs inkvizisiyaya” məruz qalmışdır (məhv edilmişdir).
Belə ki, Avropa tarixçilərinin məlumatlarına görə xristian inkvizisiyası nəticəsində cəmi təxminən üç milyon yəhudi və müsəlman həlak olmuşdur. Müsəlmanların bir əsrdən çox davam etmiş təqibləri bütün müsəlmanların 1610-cu ildə Afrikaya sürgünü ilə bitdi. Dominikanlı Bledın şahidliyinə görə, bir milyondan çox insanın dörddə üç hissəsindən çoxu yolda öldürülmüşdü. Bu faktı 19-cu əsrin sonu – 20-ci əsrin başlanğıcının məşhur fransız tarixçi-filosofu Qüstav Le Bon özünün “Ərəb sivilizasiyasının tarixi” adlı fundamental tarixi-mədəni analizli məşhur əsərində belə təsvir edir. O yazır:
“Afrikaya yönəlmiş ekspedisiyalardan ancaq birində 140 min insandan 100 mini öldürülmüşdü. Bir neçə ay ərzində İspaniya bir milyondan çox sakini itirdi. Sedilot və başqa müəlliflər Ferdinand tərəfindən fəthlərin başlandığı andan ərəblərin İspaniyadan tam sürgününə qədər olan itkilərin üç milyona çatdığını qeyd edir. Oxşar İkatombalarla müqayisədə Varfolomey gecəsi – kiçik bir toqquşmadır. Etiraf etmək lazımdır ki, belə qəddar cinayətlər hətta ən vəhşi barbarların boynunda yoxdur”.
Beləliklə, bu gün, Qərbin “avrosentrizm ideologiyası” siyasəti səbəbindən işlər elə qurulub ki, müasir İspaniya və Portuqaliya ərazisinin ən böyük hissəsinin 711-ci ildən 1492-ci ilə qədər olan dövrdə (təxminən 800 il) katoliklərin səlib yürüşünün (15-ci əsrdə Rekonkistanın) gəlişinə qədər əslində ən proqressiv və irəli gedən islam ölkələrindən biri olduğunu çox az insan bilir. Həmin fransız tarixçisi Le Bonun qeyd etdiyi kimi: “Bədbəxtlikdən, İspaniyanın könüllü surətdə itirdiyi bu üç milyon təbəə, onun intellektual və sənaye elitasını təşkil edirdi. İnkvizisiya, öz növbəsində, ən az bacarığı olan bütün xaçpərəstləri də məhv etməyə çalışdı. Nəticə göz qabağında idi: böyük ölkə hesab edilən İspaniya çox keçmədən ən biabırçı tənəzzülə uğradı. Hər şey: kənd təsərrüfatı, sənaye, ticarət, elm, ədəbiyyat, mədəniyyət tənəzzül etdi. O vaxtdan çox əsrlər keçib, lakin İspaniyanın sivilizasiyası öz keçmiş yüksəlişinin səviyyəsinə çata bilmədi. Ərəblərin [müsəlmanların – redaksiyanın qeydi] vaxtında iki yüz min sakin olan Toledoda indi on yeddi mindən bir az çox əhali yaşayır. Bir milyon insanın yaşadığı Kordovada indi əhalinin sayı ancaq qırx iki minə çatır. Salamank yeparxiyasının yüz iyirmi beş şəhərindən ancaq on üçü qaldı. Digər fəsildə ərəblərin İspaniyadakı irsini öyrəndikdə, bu ölkənin ərəblərə qarşı təqiblər nəticəsində tənəzzülünün hansı səviyyəsinə endiyini görəcəyik. Bütün burada deyilənlər göstərir ki, İspaniyada, – ərəblərin öz sivilizasiyasını gətirdiyi bu ölkədə, onların rolu nə dərəcədə əhəmiyyətli idi. Bir irqin hər hansı başqa xalqın həyatına bundan daha güclü təsirinə dair başqa belə nümunə tapmaq çətindir. Ərəblərə qədər İspaniya, demək olar ki, ümumiyyətlə mədəni ölkə deyildi, onların vaxtında yüksəlişə nail oldu, ərəbləri qovduqdan sonra isə ən yüksək tənəzzül halına gəldi”.
Tarix boyunca həmişə yəhudilərdə və xaçpərəstlərdə nikahsızlıq andlarını, monastırları və dini ayinlərin başqa izafi çətinliklərini və s. xatırlamaq kifayətdir. Müasir dövrdə isə, təəssüf ki, dinində savadsız olan müsəlmanların bir çoxunda özünü parlaq şəkildə göstərən dində ifratçılıq mövzusuna qayıdaraq, Uca Allahın bu barədə Quranda belə buyurduğunu görürük: “Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 171-ci ayə).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həmçinin üç dəfə təkrar edərək belə deyib: “İfrata varanlar həlak oldular.” (Muslim).
Başqa bir hədisə o (Allahın ona salavat və salamı olsun) müsəlman ümmətinə belə bir vəd vermişdir: “Dində çox ifratdan (şişirtməkdən) çəkinin. Həqiqətən sizdən əvvəlkiləri dində çox ifratçılıq (şişirtmək) məhv etdi.” (Nəsəi; şeyx Albani hədisi “səhih” olaraq təsnif etmişdir).
Uca Allahdan bütün müsəlmanlara qayğısızlıqdan və ekstremizmdən uzaq olan həqiqi İslamı göstərməyini diləyirik. Amin!