Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dini Komitə: “Aşuranı yas kimi təqdim etmək olmaz”

Noyabr 01
19:35 2014

“Qafqazinfo”nun lent.az-a istinadən xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura günü ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə bəzi insanların Aşuranı yas kimi təqdim etməsinin yolverilməz olduğu deyilir: “Bu günlərdə bəzi mövhumatçılar, xurafatçılar, dini yas dini kimi qəbul edənlər, hətta öz şəriət kitablarından xəbərsiz olduqları halda Məhərrəmliyə və Aşura gününə yas günləri kimi baxıblar. Halbuki, Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) sevimli davamçıları, səhabələri, dostları, əhli beyti, ailəsi bu günləri oruc tutmaqla keçiriblər. Hətta bizim çox şiə qardaş və bacılarımız vardır ki, onlar da bu günləri oruclu keçirirlər. Bu barədə əhli sünnə və əhli şiə mənbələrində çoxlu xəbərlər gəlib”.

 Sələf Xəbər: Abdullah ibn Abbas (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə gələrkən yəhudilərin Aşura günü oruc tutduqlarını görür və deyir: “Bu nədir?” Deyirlər: “Bu gün saleh bir gündür. O gündə Allah-Təala Musa Peyğəmbəri (ona salam olsun) və İsrail övladlarını düşmənlərindən xilas etdiyinə görə Musa (ona salam olsun) oruc tutmuşdur”. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) “Mən Musaya (ona salam olsun) sizdən daha haqlıyam” deyərək o günü oruc tutur və o gündə oruc tutmağı əmr edir” (Buxari 2004, Muslim 1130).

İmam Əli (Allah ondan razı olsun) demişdir: “Aşura günü oruc tutun. Doqquzuncu və onuncu gün. Çünki o, bir ilin günahlarına kəffarədir” (Tusi, “əl-İstibsar” 2/134, “Təhzibul-Əhkəm” 4/299, Hurr əl-Amili, “Vasəiluş-Şia 10/457, Nuri, “Mustədrakul-Vasəil” 7/524).

Digər xəbərlər