Dövlət Komitəsi: “İlahiyyat” məscidinin bağlanacağı barədə məlumatlar həqiqəti əks etdirmir
4. 201 dəfə baxılıb
“«İlahiyyat» məscidində bütün dini ayinlərin icra olunması heç bir məhdudiyyət qoyulmadan, mütəmadi olaraq davam etdiriləcək. Həmin məscidin söküləcəyi və ya bağlanacağı ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Selefxeber.az-ın məlumatına görə, bunu “APA” ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov deyib.
Ə. Zülfüqarov xatırladıb ki, Bakının Yasamal rayonunda yerləşən məscid 1993-cü ildən fəaliyyət göstərir: “Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində inşa olunmuş bu məscidin hüquqi ünvanı müəyyənləşdirilib, məscid binası Qafqaz Müsəlmanları İdarəsinin balansına verilib. “İlahiyyat” məscidində yeni yaradılmış islam kolleclərində və digər dini təhsil müəssisələrində oxuyan tələbələrin praktiki təcrübə keçmələri üçün Qafqaz Müsəlmanları İdarəsinin “Tədris Mərkəzi”nin yaradılması da nəzərdə tutulub”.
Sələf Xəbər: Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci fayda – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi” (“Cümə xütbələrinin toplusu”).