Dövlət Yol Polisi tövsiyə edib
664 dəfə baxılıb
Paytaxtın əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti fasilələrlə dayandırılacaq.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliyi dövlətinin rəhbərliyinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar aprelin 1-i saat 13:00-dan etibarən aprelin 3-dək paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanından Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq və Neftçilər prospektləri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azneft dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov küçələri, eləcə də İçərişəhər, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və əks istiqamətlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq.
V.Əsədov qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edib.
Sələf Xəbər: Xatırladaq ki, polis rəhbərin nümayəndəsidir və buna görə müsəlmanlar Allaha itaətsizlik olmayan hallarda polisə tabe olmağa məcburdur.
Uca Allah əmr edir: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə)