Dünyaya ən uzaq qalaktika kəşf edilib
808 dəfə baxılıb
Dünyaya zaman və məsafə baxımından ən uzaq qalaktika kəşf edildi.
“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, Yale və Kaliforniya Sanda Cruz universitetlərinin astronomları üç müxtəlif teleskopdan istifadə edərək kəşf etdikləri körpə qalaktikanın Yerdən 13,1 milyard işıq ili məsafədə olduğu və kainatın ilk nəsil planetlərindən biri olduğunu bildiriblər.
EGS-zs8-1 adı verilən qalaktikanın 100 milyon il əvvəl yarandığı qeyd edilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir”. (Qurani-Kərim, “Mülk” surəsi, 3,4-cü ayələr)
Kainatın həcmini təxminən təsəvvür etmək üçün Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnətinə müraciət edək.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Yeddi qat göy Kürsü ilə müqayisədə səhraya atılmış bir halqa kimidir, Ərşin Kürsünün üzərində üstünlüyü bu səhranın bu halqanın üzərində olan üstünlüyü kimidir”. (Bax: “Silsilət əl-Əhadis əs-Səhiha”)
Allah isə yaradılan hər şeyin üzərində yerləşir. Bütün varlığın ən ali nöqtəsi Ərşdir, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi İbn Masudun (Allah ondan razı olsun) dediyi kimi: “Onun Ərşi isə suyun üzərindədir, Allah isə — Ərşin üzərindədir, sizin heç birinizin əməli ondan gizli qalmaz”.