Düşmən əsgərimizin cəsədini qaytarmaq üçün şərt qoyub
1. 301 dəfə baxılıb
Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni tərəfinə müraciət edərək dekabrın 29-da Ermənistanla sərhəddə baş vermiş toqquşmalar zamanı həlak olan və cəsədi düşmənin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılmasını istəyib. Lakin erməni tərəfi bildirib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz.
Selefxeber.az “Virtual Azərbaycan”-a istinadən xəbər verir ki, üstəlik erməni tərəfinin daha bir alçaqlığı ortaya çıxıb. “Aykakan jamanax” qəzetinin yazdığına görə erməni tərəfi Beynəlxalq Qırmızı Xaç vasitəsilə çatdırıb ki, əgər Azərbaycan Ermənistan ərazisinə hücum faktını təsdiq edib “günahını boynuna alsa” əsgərin cəsədinin qaytarılması sürətlənəcək.
Bu, Ermənistan hakimiyyətinin beynəlxalq müharibə qanunlarını və insanlıq normalarını necə həyasızcasına tapdaladığını bir daha ortaya qoyur və belə vəziyyətdə düşmənlə onun başa düşdüyü dildə danışmaqdan başqa yol qalmır.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.” (Bax “Təfsir Əs-Saadi”)