Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Düşmən helikopterini məhv edən hərbçi mükafatlandırılıb

Noyabr 13
18:15 2014

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, düşmən helikopterini məhv edən hərbçi mükafatlandırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu xidməti vəzifəsini yerinə yetirərkən sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.

Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu ölüb.

Digər xəbərlər