Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Düşmən Qarabağda irimiqyaslı təlim keçirir

May 23
19:12 2016

Təlim atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlər keçir.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, erməni hərbçilərinin nəzarət etdikləri ərazilərdəki dağ massivləri və düzəngahlarda keçirilən təlimlərə canlı qüvvə, zirehli texnika və artilleriya qurğuları cəlb olunub.

Hazırda erməni ordusunun təlim atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.

Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın düşmənlərdən geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər