Düşmən susdurulub: ordumuz bir əsgərini itirib
669 dəfə baxılıb
“Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib”.
Düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.
Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.
Düşmənlə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Atayev Anar Mamed oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə, o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)