Düşmən təxribatı – Bakıya qarabağlı ermənilər gəlir
759 dəfə baxılıb
Ermənistan Bakıda yeni təxribatını gerçəkləşdirmək istəyir.
“Sələf Xəbər”in Avropa.info-ya istinadən məlumatına görə, Dağlıq Qarabağdakı separatçı rejimin “İdman Komitəsinin sədri” Razmik Hovsepyan “Radio Liberty”nin erməni redaksiyası olan “Azatutyun”a verdiyi açıqlamasında bildirib ki, qarabağlı erməni samboçular Sose Balasaryan və Aşot Qabrielyan Bakıya, 1-ci Avropa Oyunlarına yollanırlar.
Hovsepyan söyləyib: “Qarabağ savaşında atəşkəs elan olunandan sonra ilk dəfə qarabağlı erməni idmançılar Azərbaycan paytaxtında keçiriləcək idman turnirində iştirak edəcəklər. Samboçularımız yarışlara Ermənistan yığmasının heyətində qatılacaqlar. Onlar Ermənistan çempionu olduqları üçün müvafiq çəki dərəcələrində çıxış edəcəklər. İyunun 20-də iki samboçumuz və məşqçimiz Gürcüstandan Bakıya yollanacaq. Bakıda sambo yarışları iyunun 23-də başlanacaq. Əfsuslar olsun ki, idmançılarımız Bakıda azad şəkildə dolaşmaq, küçələri gəzmək imkanlarına malik olmayacaqlar”.
Xatırladaq ki, məhz Aşot Qabrielyanın Moskvada keçirilmiş sambo üzrə Dünya Kubokunda qələbəsindən sonra Ermənistan himni ifa olunanda azərbaycanlı samboçu nümayişkaranə şəkildə oturmuşdu.
Sose Balasanyanın məşqçisi Vano Azizbekyanın dediyinə görə, samboçu yaxşı formadadır, hər gün məşq edir.
İki qarabağlı erməninin Ermənistan yığmasının üzvləri qismində 1-ci Avropa Oyunlarına göndərilməsi qərarı rəsmi İrəvanın Bakıda aşkar təxribat törətmək, qalmaqal yaratmaq istəyidir.
Görünür, İrəvan əsəblərimizi yoxlamaq qərarına gəlib, çünki S.Sose Balasaryan və Aşot Qabrielyanın Bakıya göndərilməsi qərarı aşkar təxribatdır.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)