Düşmən təxribatı nəticəsində hərbçimiz yaralanıb
704 dəfə baxılıb
Qoşunların təmas xəttində əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
“Sələf Xəbər” Müdafiə Nazirliyinin saytına istinadən məlumat verir ki, Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən mövqeləri mayın 12-də saat 10.30-da Ermənistanın Yexeqnadzor rayonu ərazisindəki mövqelərdən atəşə tutulub.
Düşmən tərəfinin təxribatı nəticəsində bir nəfər hərbi qulluqçumuz əsgər Quluzadə Yusif Eldar oğlu yüngül yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.
Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub.
Bildiririk ki, düşmən təxribatlarının nəticəsi olaraq baş verənlərə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Sələf Xəbər: Ey vətənimizin qəhrəman əsgərləri, bilin ki, uca Allah Qurani-Kərimdə düşmən qarşısında sabitqədəm olanları belə tərif edir: “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Qurani-Kərim, “əs-Saff” surəsi, 4-cü ayə)
Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!
Allahdan yaralı hərbçimizə şəfa diləyirik. Amin!