Düşmənin hərbi maşını cəbhədə minaya düşüb – VİDEO
1. 085 dəfə baxılıb
10-a yaxın erməni məhv edildi.
Erməni işğalçıları Qarabağ cəbhəsində çoxlu sayda itki vermələri barədə məlumatı təsdiqləyiblər.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ermənilərin “ilur.am” saytında məlumat yer alıb.
Bildirilir ki, Qarabağda separatçıların iki hərbi maşını minaya düşüb.
Nəticədə 10-a yaxın erməni işğalçısı məhv edilib.
Düşmən hərbi maşınlarının minaya düşməsi anını əks etdirən videogörüntüləri təqdim edirik:
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə).
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur. Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)